Sərhədlərin açılması qrafiki razılaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Sərhədlərin açılması qrafiki razılaşdırılır

Hadisə

13 Fevral 2021 07:45 917


Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri -  Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan səviyyəsində üçtərəfli qrup videokonfrans formatında regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı ikinci iclasını keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İclasda Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 9 Noyabr 2020-ci il tarixli bəyanatından, həmçinin 11 yanvar 2021-ci il tarixli bəyanatın 2, 3, 4-cü bəndlərinin icrasından irəli gələn birgə iş prosesi ilə bağlı məsələlər müzakirə olunub. Gələcək işlərin qrafiki razılaşdırılıb", - deyə məlumatda bildirilir. Dominos pizza

Qeyd edək ki, üç ölkənin Baş nazir müavinlərinin birinci iclası yanvarın 30-da Moskvada keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!