Serj Sarkisyan çirkli pulların yuyulmasında ittiham olundu

saytların hazırlanması

Evə çatdırılma

Serj Sarkisyan çirkli pulların yuyulmasında ittiham olundu

Dünya

12 Mart 2025 15:58 234


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana çirkli pulların yuyulması ittihamı irəli sürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri Ermənistanın Baş Prokurorluğuna istinadən məlumat yayıb.

"Serj Sarkisyana xüsusilə böyük məbləğdə pul yuyulmasına kömək ittihamı irəli sürülüb", – nəşr yazıb. pizza sifarişi

Bundan əlavə, ona vəzifədə olduğu dövrdə xüsusilə iri miqyasda mənimsəmə və xidməti səlahiyyətlərindən sui-istifadə ittihamları da yönəldilib.

Serj Sarkisyan 2008-2018-ci illər ərzində on il müddətində Ermənistanın prezidenti olub.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryanı sərt tənqid etmişdi. O, hər iki keçmiş prezidentin "yarı ölü" olduğunu və ölkəni məhv etmək niyyətində olduqlarını söyləmişdi./baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!