Serj Sarkisyan : “Reallıq budur ki...“

saytların hazırlanması

Evə çatdırılma

Serj Sarkisyan : “Reallıq budur ki...“

Rəsmi

18 Dekabr 2021 13:49 1624


“Bu gün sorğulara görə, cəmiyyətin təxminən 70%-i, ümumilikdə, siyasi prosesləri izləməkdən imtina edir. İnsanlar özünümüdafiə instinkti kimi reallıqla üzləşməkdən imtina edir, laqeydliyə üstünlük verirlər”

 Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, Respublika partiyasının sədri Serj Sarkisyan partiyanın 17-ci qurultayında çıxış edərkən deyib.

“Reallıq budur ki, dövlət təhlükəsizliyi diplomatik, müdafiə və heç də az olmayan rəqəmsal suverenliyimiz sarsılıb. Reallıq ondan ibarətdir ki, ölkəmiz danışıqlar masasında yalnız iqtisadi-hüquqi vahid subyektivliyi ilə iştirak edir. Reallıq ondan ibarətdir ki, bu ümummilli fəlakətdən sonra ölkəmizdə insan ləyaqətini gündəmdən çıxarmağa çalışırlar”, - deyə Serj Sarkisyan vurğulayıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!