“Bəzi namizədlər Nəzarətçilər Şurasında diskvalifikasiya edilməklə zülmə məruz qalıblar”.
Yenisabah.az xəbər “IRNA”ya istinadla verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəi bildirib.
Onun sözlərinə görə, prezidentliyə namizədliyini irəli sürmüş bir qrup şəxs və onların ailələrinə yolverilməz münasibət nümayiş etdirilib. “Sosial mediada onların heysiyyətinə toxunulan məlumatlar yayımlanıb, şərəf və ləyaqətləri tapdalanıb. Bu cür əsassız iddialar heç bir məhdudiyyət olmadan kiber məkanda yayımlanıb. Tələbim odur ki, cavabdeh qurumlar yalan hesabatlara görə zərərçəkmişlərə kompensasiya ödəsinlər”, – deyə Ayətullah Xamnəi Nəzarətçilər Şurası qarşısında tələb qaldırıb. pizza hut
Nəzarətçilər Şurasının sözçüsü Abbasəli Kədxudayi qurumun yaxın günlərdə bu məsələ ilə bağlı xüsusi bəyanat verəcəyini bildirib.
Xatırladaq ki, İranda 7 namizəd qeydə alınıb. 13-cü prezident seçkisi iyunun 18-də keçiriləcək.
Telegram kanalımız