Şerman: Əraqçi çox sərt və ağıllı bir şəxsdir

saytların hazırlanması

Evə çatdırılma

Şerman: Əraqçi çox sərt və ağıllı bir şəxsdir

Dünya

12 Aprel 2025 10:19 248


Stiv Uitkoff danışıqlar masası arxasında və ya danışıqlar dolayısı ilə gedirsə, divarın o biri tərəfində sərt rəqiblə üz-üzə qalacaq.

Yenisabah.az ABC-yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müavini və İranla nüvə müzakirələrində yüksək səviyyəli müzakirəçi Vendi Şerman deyib.

O bu gün Tehran və Vaşinqton arasında Omanda gözlənilən danışıqları  texniki xarakterli adlandırıb: Marqarita pizza

"İranın xarici işlər naziri Abbas Əraqçi əvvəlki nüvə danışıqlarında müzakirəçisi olmuş, çox sərt və ağıllı bir şəxsdir, ingilis dilini mükəmməl bilir və bütün texniki detallardan xəbərdardır. Buna görə də, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlar masası arxasında və ya danışıqlar dolayısı ilə gedirsə, divarın o biri tərəfində sərt rəqiblə üz-üzə qalacaq".

V. Şerman bildirib ki, çox güman ki, danışıqlar dolayı yolla başlayacaq və proses müsbət olarsa, əyani davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!