Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY

saytların hazırlanması

Evə çatdırılma

Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY

Sosial

16 Aprel 2025 18:59 212


"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin qatarlarının hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur.

Yenisabah.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Bununla belə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər. pizza hut

Həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-dək, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-dək bütün reyslər cədvələ uyğun şəkildə həyata keçiriləcək.

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmir yolu keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən isə stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik", - deyə ADY-nin açıqlamasında bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!