Sərnişin təyyarəsinin mühərrikinə dovşan girib, təyyarə təcili eniş edib

saytların hazırlanması

Evə çatdırılma

Sərnişin təyyarəsinin mühərrikinə dovşan girib, təyyarə təcili eniş edib

Dünya

17 Aprel 2025 12:35 229


ABŞ-də Denver-Edmonton reysi ilə hərəkət edən United Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsinin mühərrikinə dovşan girib.

Yenisabah.az dha-ya istinadən xəbər verir ki, təyyarə havaya qalxandan qısa müddət sonra təyyarənin sağ qanadındakı mühərrikdən alov çıxıb. Hadisə sərnişinlər arasında təşviş yaradıb, bəziləri çığırmağa başlayıb.

Pilot təcili vəziyyət elan edərək mühərriki söndürüb və təyyarə 75 dəqiqə sonra Denver hava limanına təcili eniş edib. Təyyarədə olan 159 sərnişin və heyət üzvü təhlükəsiz şəkildə təxliyə olunub, xəsarət alan olmayıb. pizza sifarişi

Pilotun dispetçerlə əlaqə zamanı iki nömrəli mühərrikə dovşan girdiyini bildirib. Dovşanın təyyarə uçuşa başladığı anda mühərrikə düşdüyü ehtimal olunur.

Sərnişinlərdən Skott Volf bildirib: "Güclü partlayış səsi və silkələnmə hiss etdik, amma təyyarə qalxmağa davam etdi. Mühərrikdən alovların çıxması sərnişinləri qorxuya saldı"./BAKU.WS

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!