Sərt karantin günü “avtoşluq“ edən sürücü tutuldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Sərt karantin günü “avtoşluq“ edən sürücü tutuldu - Video

Kriminal

18 İyun 2020 20:34 730


Bakıda sərt karantin günlərində avtoxuliqanlıq edən sürücü tutulub.

Yenisabah.az xəbər verir ki, küçələrin boş olmasından istifadə edən minik avtomobilinin sürücüsü Nəsimi rayonu ərazisində yol hərəkəti qaydasını kobud şəkildə pozub. Həmin anları yaxınlıqdakı binalardan birində yaşayan sakinlər çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Görüntülər yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub. Toyuqlu pizza

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin şəxsin Nicat Kərimov olduğunu və onun idarə etdyi avtomobilin lizinq şirkətinə məxsusluğunu müəyyən edərək saxlayıblar.

Hazırda Nicat Kərimov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsindədir. Onun barəsində sənədlər toplanaraq, Nəsimi Rayon Məhkəməsinə göndəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!