Sərt karantin rejiminin müddəti artırılacaq?   - RƏSMİ AÇIQLAMA + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sərt karantin rejiminin müddəti artırılacaq? - RƏSMİ AÇIQLAMA + VİDEO

Sosial

17 İyun 2020 21:36 9154


Həftə sonları tətbiq edilən sərtləşdirilmiş karantin rejimi aylıq karantin rejimi ilə əvəz edilə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə vətəndaşlar karantin qaydalarına ciddi əməl etməsələr, qısa müddətdə gündəlik yoluxma rəqəmləri 600-700-ə yüksələcək. Yoluxma sayının daha da artacağı təqdirdə uzunmüddətli sərtləşdirilməyə keçid qaçılmaz olacaq. Pepperoni pizza

Amma qurum rəsmisi hesab edir ki, həftənin iki günü ciddi karantin rejiminin tətbiqi və hərəkətin tam məhdudlaşdırılması indiki vəziyyət üçün qaneedici metoddur. Bu metod yoluxma hallarını stabilləşdirməyə və kəskin artımın qarşısını almağa hesablanıb.

Nabil Seyidov bildirib ki, hazırda sərtləşdirilmiş karantin günlərinin sayının uzadılmasına ehtiyac olmasa da, gələcəkdə Türkiyə təcrübəsindən yararlanmaq istisna edilmir.

Qeyd edək ki, Türkyədə 65 yaşlı vətəndaşların və yaşı 18-dən aşağı olan şəxslərin evdən çölə çıxmalarına müəyyən müddət ərzində məhdudiyyətlər qoyulmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!