Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər başlayır

saytların hazırlanması

Evə çatdırılma

Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər başlayır

Sosial

29 Mart 2023 14:59 720


Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə başlanılır.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, institutun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir: "48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq". Sezar pizza

Direktor qeyd edib ki, 2 700-dən çox ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!