Şərurda yol qəzası: 17 yaşlı yeniyetmə öldü

saytların hazırlanması

Evə çatdırılma

Şərurda yol qəzası: 17 yaşlı yeniyetmə öldü

Hadisə

22 İyun 2024 12:20 448


Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yeniyetmə ölüb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində baş verib.

"VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb. "VAZ 2106" markalı avtomobildə olan digər iki yeniyetmə - Şərur rayon Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!