Şərurlu İsfəndiyarın yanında işləyən alimlər kimlərdir? - Biznesmendən növbəti AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Şərurlu İsfəndiyarın yanında işləyən alimlər kimlərdir? - Biznesmendən növbəti AÇIQLAMA

Sosial

03 Aprel 2025 21:32 872


“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) son müsahibəsində səsləndirdiyi fikirlər hələ də müzakirə edilir. Xüsusilə iş adamının yanında alimlərin işlədiyini deməsi diqqət çəkib.

Sitat: “Getdim, “İnturist”də bir otaq götürdüm, 10 nəfər çox savadlı adam götürdüm işə. Mən oturmuşam başda, çoban. Alimlər işləyir, pullar da gəlir”.

Həmin alimlər kimlərdir? Peşələri, ixtisasları nədir? pizza sifarişi

Globalinfo.az məsələyə aydınlıq gətirmək üçün İsfəndiyar Axundovla əlaqə saxlayıb.

O, həmin şəxslərin peşəsi ilə bağlı məlumatının olmadığını deyib:

“Vallah, onların adını, soyadını, peşəsini soruşmamışam. Bu dəqiqə mənim yanımdadırlar və normal qaydada işləyirlər. Detallarla maraqlanmamışam. Amma bilirəm ki, müdafiə ediblər, alimdirlər. Lazımdırsa, sizə alim göndərim, ayda 7-8 min manata işləsinlər (gülür). Bəziləri 600 manat maaş aldığını, 800-1000 manat versəm, gəlib yanımda çalışa biləcəklərini deyirlər. Aralarında qadın da var. Amma bu dəqiqə yerimiz yoxdur. Yanımdakı alimlər isə Azərbaycanda ali təhsil alıblar, xarici ölkələrdə yox”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!