Şərurun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verildi

saytların hazırlanması

Evə çatdırılma

Şərurun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verildi

Rəsmi

13 Mart 2021 18:43 1604


Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Bununla əlaqədar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da analoji dəyişiklik edilib. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!