Sərxan Sərxan rayonluları təhqir etdi:   “O yazıqlar...“

saytların hazırlanması

Evə çatdırılma

Sərxan Sərxan rayonluları təhqir etdi: “O yazıqlar...“

Şou

28 İyun 2021 15:50 2232


“O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi vardı. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi. Onların da təqsiri yoxdur. Çünki bu yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Sərxan Sərxan kulis.az-a müsahibəsi zamanı deyib.

İfaçı vaxtilə Bakıda rayon əhalisinin Bakı mədəniyyətini qəbul etmədiyini deyib: Sezar pizza

“Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər. Əvvəllər, rayondan gələn tələbə beş il oxuyandan sonra şəhər mədəniyyətini qəbul edirdi, olurdu Bakı sakini. İndi Bakıda əsasən rayon əhalisidir. Onların da, yenə deyirəm, təqsiri yoxdur. Bu, o demək deyil ki, onlar konsertləri sevmirər. Yox, sadəcə onlara bu tərbiyəni, mədəniyyəti verən olmayıb. Bəlkə də bu, sovet hökumətinin siyasəti idi ki, Bakı əhalisi savadlı olsun, amma rayon əhalisi savadsız qalsın. Gürcülərdə bu fərq yoxdur. Onlarda şəhər əhalisi ilə kənd əhalisi arasında fərq azdır. Amma bizdə çoxdur. İndi öyrənirlər. İndi heç olmasa, şəhər təmizdi, 90-cı illərdə küçələr yaman gündə idi”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!