Serxio Peres Azərbaycan Qran-prisinin qalibi oldu

saytların hazırlanması

Evə çatdırılma

Serxio Peres Azərbaycan Qran-prisinin qalibi oldu

İdman

06 İyun 2021 18:30 891


“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyən olub.

Yenisabah.az xəbər verir ki, mövsümün altıncı mərhələsində “Red Bull” komandasının pilotu Serxio Peres hamını qabaqlayıb.

Komanda yoldaşı Maks Ferstappenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn meksikalı pilot liderliyini sona qədər qoruyaraq, mövsümdə ilk qələbəsini qazanıb. Marqarita pizza

“Mercedes”in pilotu Luis Hamilton sona 3 dövrə qalmış yanlış istiqamətə getdiyindən, “Aston Martin”dən Sebastyan Fettel ikinci yeri tutub.

“Red Bull” pilotu qalib gəlməklə son iki Azərbaycan Qran-prisini qazanan “Mercedes”in Bakıdakı uğurlu seriyasına son qoyub.

Finişə isə 20 pilotdan 17-si çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!