Rusiyada ağlasığmaz hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, 22 yaşlı ana azyaşlı oğlunu bıçaqlayıb.
Sərxoş qadın oğlunun dayanmadan ağlamasından sonra əsəb böhranı keçirib və mətbəxdən götürdüyü bıçaqla onun qarnına 3 bıçaq zərbəsi endirib. pizza sifarişi
Hadisə yerinə gələn həkim briqadası uşağı qan içində görəndə polisə xəbər veriblər. Bıçaqlanma nəticəsində uşağın bağırsağının çıxdığı bildirilib və uşaq xəstəxanaya aparılıb.
Qadın polis tərəfindən saxlanılıb. Onu 7 ilə qədər həbs cəzası gözləyir.
Telegram kanalımız