Sərxoş avtobus sürücüsü 15 sutka həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Sərxoş avtobus sürücüsü 15 sutka həbs edildi

Sosial

09 Avqust 2025 10:30 283


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Ekoloji nəzarət postunda “Hyundai” markalı avtobusu nəzarət qaydasında saxlayıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Abşeron rayonu sakini İsrafil Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Quliyevin sürücülük hüququ məhdudlaşdırılmaqla o, 15 sutka müddətində inzibati qaydada həbs edilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!