Sərxoş qadın polisə elə sözlər dedi ki... - Şok video

Sərxoş qadın polisə elə sözlər dedi ki... - Şok video

Hadisə Veb saytların hazırlanması

31 Avqust 2023 16:53 551


Reyddə saxlanılan qadın sürücü “Sən yox, dövlət elə mən özüməm" - deyərək polisi hədələyib. 

Yenisabah.az xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində baş verib. Belə ki, yolda reyd zamanı polisin saxla əmrinə tabe olmayıb ərazidən uzaqlaşan, hətta protokolun yazılmasına mane olan qadının görüntüləri müzakirələrə səbəb olub. 

Alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə getmək istəməyən qadın sürücüyə 11 min 645 lirə cərimə kəsilib. 

Hadisə anı vətəndaşlar tərəfindən mobil telefonla qeydə alınıb və qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb. 

Sürücülük vəsiqəsini istəyən polisə qarşı çıxan qadın “Ala bilməzsən, lap sülalən gəlsə də ala bilməz! Dövlət mənəm, sən yox. Vergi verən mənəm, maaşını verən mənəm. İndi müdürünə zəng edib səni şikayət edəcəyəm. Mənə qarşı kobud ola bilməzsən” - deyərək polisi hədələyib. 

Həmin görüntüləri təqdim edirik: 

Gülxanım Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!