Sərxoş sürücü avtobusla ər və arvadı vurdu   - Qadın öldü

saytların hazırlanması

Evə çatdırılma

Sərxoş sürücü avtobusla ər və arvadı vurdu - Qadın öldü

Hadisə

31 Dekabr 2020 14:21 1046


Şabran şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 30-u saat 21 radələrində Şabran şəhər sakini N.Şeydayev sərxoş vəziyyətdə idarə etdiyi “KAvZ” markalı avtobusla yolun kənarı ilə hərəkət edən həmyerliləri Q.Rzayevanı və əri E.Mürsəlovu vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, həyat yoldaşına isə xəstəxanada ilkin tibbi yardım göstərilib. pizza hut

Şabran Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!