Sərxoş sürücü yolu keçən qadını öldürdü   – Məhkəmə 

saytların hazırlanması

Evə çatdırılma

Sərxoş sürücü yolu keçən qadını öldürdü – Məhkəmə 

Kriminal

24 Aprel 2020 09:45 991


İçkili vəziyyətdə yolu keçən qadının ölümünə səbəb olan şəxsin məhkəməsi başlayır. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) və 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma- zərərçəkmişin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən Sulxayev Murad Şamil oğlunun məhkəmə prosesinə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev sədrlik edəcək. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə 2020-ci il yanvar ayının 3-də Zaqatala şəhərinin Nizami küçəsində qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakini Sulxayev Murad idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyada, Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə ərazidən uzaqlaşıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində M. Sulxayev saxlanılıb və məlum olub ki, o, hadisəni törədən zaman içkili olub.  pizza

Azər İsrafilov

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!