Səs yazısı yayılan məktəb direktoru ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Səs yazısı yayılan məktəb direktoru ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial

19 Sentyabr 2025 01:18 1092


Yasamal rayonunda yerlən 308 nömrəli məktəb direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəb və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - deyə qeyd olunub. Pepperoni pizza

Araşdırmanın nəticəsi barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, iddialara görə, sözügedən məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi halları da var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!