Səslərin 100 %-ə yaxını sayılıb: “Gürcü Arzusu” öndədir

saytların hazırlanması

Evə çatdırılma

Səslərin 100 %-ə yaxını sayılıb: “Gürcü Arzusu” öndədir

Rəsmi

04 Oktyabr 2021 08:57 986


Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkə üzrə 3 743 seçki məntəqəsinin 3 742-də (99,97 %) səslərin sayılması prosesini başa çatdırıb.

Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə 46,68 % səs əldə edib.

“Gürcü Arzusu”ndan sonra ilk üçlükdə 30,7 %-lə müxalif Vahid Milli Hərəkat Partiyası və 7,8 %-lə sabiq baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası yer alıb. Dördüncü yerdə isə “Lelo” partiyasıdır (2,71 %). Pepperoni pizza

Seçkilərə qatılan digər partiyalar isə 2 %-dən az səs qazanıb.

Qeyd edək ki, Gürcüstan üzrə 64 bələdiyyənin 20-də seçkilərin ikinci mərhələsi təyin olunacaq. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!