“Səssiz qatil”: 4 əlamətə fikir verin

saytların hazırlanması

Evə çatdırılma

“Səssiz qatil”: 4 əlamətə fikir verin

Sağlamlıq

10 İyun 2024 17:11 1917


Hipertoniya baş ağrısı və tinnitus kimi ümumi simptomlara səbəb olur, lakin xroniki yüksəklikdə bəzi simptomlar olmaya bilər.

Yenisabah.az xəbər verir ki, “Səssiz qatil” olaraq da bilinən hipertoniyanın baş nahiyəsində görülən 4 mühüm əlaməti var: şiddətli ağrıı, bulanıq görmə və ya görmə dəyişiklikləri, burun qanaxması, qulaqlarda vızıltının meydana gəlməsi.

Dünya Səhiyyə Təşkilatına (DST) görə, bu simptomlar qan təzyiqi çox yüksək olduqda baş verə bilər. Dominos pizza

Xroniki yüksək qan təzyiqi olan ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı, ürək çatışmazlığı, beyin qanaması və insult üçün əsas risk faktorudur. Buna görə də hipertoniyanın erkən diaqnozu bir çox xəstəliklərin qarşısını almaq üçün çox vacibdir. Hipertoniyadan əziyyət çəkən insanların əksəriyyəti heç bir simptom hiss etmir. Qan təzyiqinizi yoxlamaq, yüksək təzyiqiniz olub-olmadığını öyrənmək üçün ən yaxşı yoldur.

DST sinə ağrısı, başgicəllənmə, nəfəs almaqda çətinlik, ürəkbulanma, qusma, narahatlıq, çaşqınlıq, anormal ürək ritmi kimi digər potensial əlamətlərin olduğunu da açıqlayıb.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!