Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, saat 08:00-da səsverməyə start verilib. Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib. Səsvermə saat 19:00-da bitəcək.
Səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Toyuqlu pizza
Parlament seçkiləri 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsi əhatə edir. Seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib.
Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparacaq. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.
Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.
Seçkidə 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edəcək. Seçki üçün 5 387 600 bülleten çap edilib.
Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Telegram kanalımız