Səudiyyə Ərəbistanı çempionatı: Ronaldo yenə 3 qol vurdu

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanı çempionatı: Ronaldo yenə 3 qol vurdu

İdman

26 Fevral 2023 11:05 896


"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanın çempionatının 18-ci turunda "Damak"a qarşı səfər matçında het-trik edib. 

Yenisabah.az xəbər verir ki, portuqaliyalı hücumçu 18 (pen), 23, 44-cü dəqiqələrdə fərqlənib. O, komandasının hər üç qolunun müəllifi olub. Bu, onun dekabrda transfer olunduğu "Əl-Nəsr"lə  Səudiyyə Ərəbistanı çempionatında vurduğu 8-ci qoludur. 

Ronaldo daha əvvəl "Əl-Vəhda" ilə görüşdə (4:0) poker etmişdi, "Əl-Fateh"lə oyunda 1 qol vurmuşdu.  Toyuqlu pizza

Qeyd edək ki, "Əl-Nəsr" turnir cədvəlində 43 xalla 1-cidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!