Səudiyyə Ərəbistanı PSJ-nin hücumçusu Lionel Messinin “Əl-Hilal”a keçəcəyinə inanır.
Yenisabah.az "Marca"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında Messinin Fransa çempionatı başa çatdıqdan sonra ilk günlərdə klubla müqavilə bağlayacağına inanırlar. Qeyd edilir ki, ölkənin Kriştiano Ronaldo ilə Lionel Messi duelini canlandırmaq ideyası var idi və hazırda bu ideya reallığa yaxındır.
"Əl-Hilal" argentinalı hücumçuya illik 300 milyon avro maaş təklif edəcək. Sezar pizza
Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla müqaviləsi iyunda başa çatır.
Telegram kanalımız