Səudiyyə Ərəbistanında Ronaldonun muzeyi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanında Ronaldonun muzeyi açıldı 

İdman

27 Noyabr 2023 10:17 975


Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun şərəfinə muzey açılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə portuqaliyalı futbolçu özünün sosial şəbəkə hesablarında yazıb: “Bu mənim hekayəmdir. Madeyradan Səudiyyə Ərəbistanına qədər mənim imzam olan CR7 muzeyim indi Ər-Riyadda açıqdır”.

Muzeydə Ronaldonun fanatları onun köynəkləri, şəxsi mükafatları və ayaqqabıları kimi şəxsi xatirə əşyalarının unikal kolleksiyasını araşdıra bilərlər. Muzeydə həmçinin hücumçunun bir çox kubok və medalları nümayiş etdirilir. Muzeydə Ronaldonun mum heykəli də nümayiş etdirilir.  Sezar pizza

Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!