Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz qardaşı Əhməd bin Əbdüləziz, həmçinin qardaşı oğlu, keçmiş daxili işlər naziri və vəliəhd-şahzadə Məhəmməd bin Nayif və onun kişiok qardaşı Navaf bin Nayifi həbs etdirib.
Yenisabah.az xəbər verir ki, Məhəmməd bin Nayif 2017-ci ildə vəzifəsindən və vəliəhd-şahzadə titulundan məhrum edilərək ev həbsinə atılıb. Hələlik rəsmi qurumlar açıqlama verməsələr də, ehtimal olunur ki, bu hadisələr 3 il əvvəl baş verən saray dəyişikliyinin bir hissəsidir. Kral Salman oğlu Məhəmməd bin Salmanı dövlətin ən üst məqamlarına gətirib.
Bundan sonra isə ölkədə ciddi antikorrupsiya hərəkəti başlayıb, çoxlu sayda dövlət məmuru və ailədən olan şəxslər həbs olunub. Son həbslərin də sarayda yeni baş qaldırma cəhdi olması ilə bağlı rəylərə səbəb olub. Ehtimal olunur ki, kralın saray daxili rəqibləri ona qarşı ailə müxalifəti yaratmağa çalışır. Dominos pizza
Telegram kanalımız