Şevardnadzenin nəvəsi Dubayda restoran açdı

saytların hazırlanması

Evə çatdırılma

Şevardnadzenin nəvəsi Dubayda restoran açdı

Maraqlı

05 Fevral 2024 09:42 1258


Gürcüstanın eks-prezident Eduard Şevardnadzenin nəvəsi Mariam Şevardnadze Dubayın ən elit ərazilərindən birində “Kartuli” adlı gürcü restoranı açıb.

Yenisabah.az BMG-yə istinadla xəbər verir ki, restoran "Burj Khalifa" göydələni və dünyanın ən böyük ticarət və əyləncə mərkəzlərindən biri olan "Dubai Mall"-a piyada məsafədə yerləşir.

Nəvə-Şevardnadze bildirib: “Biz restoranda demək olar ki, hər şeyi, o cümlədən üzüm yeməklərini Gürcüstandan gətirmişik. İstəyirik ki, restoranımıza gələn insanlar özlərini 19-cu əsrin evində hiss etsinlər”. Sezar pizza

Onun sözlərinə görə, böyük rəqabət ucbatından Dubayda biznes qurmaq çətin olsa da, “evdə” konsepsiyası yaxşı işləyir.

Gürcüstan prezidentinin nəvəsi restorana nə qədər sərmayə qoyduğunu açıqlamayıb.

Şevardnadze yalnız BƏƏ, Sinqapur və Avropada konseptual şəbəkə açmağa hazırlaşdığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!