Futbol üzrə Ukrayna yığma komandasının baş məşqçisi Andrey Şevçenko “Milan” futbol klubunun “sükanı” arxasına keçmək istəyir.
Yenisabah.az xəbər verir ki, məşhur futbol adamı “Milan”a qayıtmaq arzusuyla yaşadığını gizlətməyib: “İstəyirəm ki, “Milan”a məşqçi kimi qayıdım. Həm şəhəri, həm də klubu çox sevirəm. Ümid edirəm ki, bizim ayrılığımız müvəqqətidir. Hər şey klubdan asılıdır və bu dəyişiklik indi baş verə bilməz. Çünki indi məni ancaq Ukrayna yığmasının uğurları düşündürür”.
Xatırladaq ki, Şevçenko 1999-2006-cı illərdə və 2008/2009 mövsümündə “Milan”da oynayıb. pizza hut
Telegram kanalımız