Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidentliyi vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.
Yenisabah.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, iclasda Andrey Şevçenkonun namizədliyi qeydə alınıb.
Bildirilir ki, Ukrayna futbolunun əfsanələrindən olan Şevçenko UFA-nın prezidenti vəzifəsinə yeganə namizəd olub. Dördpendirli pizza
Beləliklə, qurumun növbəti prezidentinin 47 yaşlı Şevçenkonun olacağı dəqiqləşib.
Qeyd edək ki, UFA prezidentliyinə növbədəkənar seçkilər 2024-cü ilin yanvarın 25-də keçiriləcək.
Telegram kanalımız