Ukrayna Futbol Federasiyasının Konqresi keçirilib.
Yenisabah.az qurumun saytına istinadən xəbər verir ki, qurumun yeni prezidenti seçilib. Bu vəzifəyə əfsanəvi ukraynalı keçmiş futbolçu Andrey Şevçenko təyin edilib .
Ukrayna futbol rəsmiləri qurum prezidenti vəzifəsinə vakant olan yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyib. pizza
"Milan"ın və "Çelsi"nin keçmiş hücumçusu qurum tarixində 6-cı prezident olub. Təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko assosiasiyadakı korrupsiya qalmaqallarına görə həbsdədir.
Telegram kanalımız