Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Hadisə

20 Avqust 2024 14:02 343


Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır.

Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Dördpendirli pizza

Araşdırmanın nəticəsinə əsasən qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.

Qeyd edək ki, ötən gün müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə üzləşib. S.Sanaliyeva yaşadığı evə qayıdarkən, bir nəfər kişi tərəfindən təqibə məruz qalaraq, qorxudulub. Bununla bağlı müğənni "Instagram" səhifəsində paylaşım edib. Paylaşımdan sonra polis dərhal araşdırmaya başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!