20 yaşlı model namizədi Diana Belyayeva sevgilisi ilə öpüşəndən saniyələr sonra dalğalar tərəfindən sürüklənərək faciəli şəkildə dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, Diana və onun sevgilisi Rusiyanın Soçi kurortunun dayaz sularında gəzərkən bədbəxt hadisə ilə üzləşib.
Cütlük romantik anlar yaşayarkən birdən nəhəng dalğa onları havaya uçurub. Diana ayağa qalxmağa çalışarkən cərəyan onu daha da uzaqlaşdırıb. Sevgilisi kömək çağırmağa çalışıb və hətta onu xilas etmək üçün təhlükəli sulara atılıb. Lakin dalğaların gücü onu geri itələyib. Üç gündür cəsədi tapılmayan Diananın öldüyü təxmin edilir. Hadisə ilə bağlı polis araşdırmalarını davam etdirir. pizza
Ətrafdakıların xilas etmək əvəzinə ona baxması və ya çəkməsi sosial mediada böyük reaksiya ilə qarşılanıb. Şərhlərdə çox insan "Kimsə tez hərəkət etsəydi, xilas ola bilərdi"- deyiblər.
Şeyla Səmiyeva
Telegram kanalımız