Sevgilisini bıçaqladı, sonra intihar etdi –   Bakıda şok

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisini bıçaqladı, sonra intihar etdi – Bakıda şok

Kriminal

03 İyun 2019 16:58 2196


Bu gün Yasamal rayonu ərazisində, dairəvi yolda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.

“Yeni Sabah” ONA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb.

"Ravon Nexia" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində ölən şəxslərin adları məlum olub. Toyuqlu pizza

Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevdiyi qızı (Aygün, soyadı hələ məlum deyil) öz avtomobilində bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!