Keçmiş sevgilisi Dəniz Bulutsuzu döydüyü iddia edilən aktyor Ozan Güven bu gün məhkəmə qarşısına çıxıb.
Yenisabah.az xəbər verir ki, İstanbul 58-ci Asliye Cəza Məhkəməsində vəkilləri ilə birlikdə iclasa ilk olaraq Deniz Bulutsuz qatılıb. Daha sonra Ozan Güven vəkili ilə birlikdə gəlib. Mühakimə zamanı Ozan Güven aktyorluq etdiyini və aylıq gəlirinin 5 min lirə olduğunu deyib. Şikayətçi Dəniz Bulutsuz isə təhsil müşaviri olduğunu və aylıq 20 min lirə gəliri olduğunu bildirib.
Hər iki tərəf də mətbuat nümayəndələrinin suallarını cavabsız qoyub. Toyuqlu pizza
Telegram kanalımız