Sevgilisini öldürən şəxsə 18 il həbs cəzası verildi 

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisini öldürən şəxsə 18 il həbs cəzası verildi 

Kriminal

19 İyul 2022 12:55 896


Bakı Ağır Cinayətlər Məhkəməsində qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Samir Sadıqov 18 il azadlıqdan məhrum edilib. Sezar pizza

Qeyd edək ki, bu il fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindən qadını qətlə yetirməkdə şübhəli bilinən tanışı Samir Sadıqov tutularaq istintaqa təhvil verilib.

Samir Sadıqovla Sevinc Cəfərova arasında sevgi münasibətinin olduğu bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!