Sevgilisini öldürüb zibilliyə atan gəncə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisini öldürüb zibilliyə atan gəncə hökm oxundu

Kriminal

13 Yanvar 2022 10:23 738


Gəncədə tanışını öldürməkdə təqsirləndirilən Sərdar Cəfərova hökm oxunub və o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2021-ci il fevral ayının 19-da Gəncə şəhəri ərazisində qeydə alınıb. Sezar pizza

Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daha sonra məlum olub ki, gənc qız qətlə yetirilib.

Araşdırmalarla P.Musayevanın tanışı, 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun həmin tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu boğaraq öldürüb. Daha sonra o, meyiti Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!