Müğənni Sevil, Sevinc Səfərova bacıları son günlər hamiləliklə bağlı yayılan söz-söhbətə cavab verib.
Yenisabah.az xəbər verir ki, bacıların bir neçə gün əvvəl paylaşdığı şəkil müzakirələrə səbəb olub. Fotoda Sevincin çəki alması izləyicilərin diqqətindən yayınmayıb, onların bəzisi şərhlərdə Sevincin hamilə olduğunu iddia edib.
Bacılar yazılan şərhlərə sərt reaksiya veriblər: "Şəxsi həyatımla bağlı bir çox paylaşım edənlərə demək istəyirəm ki, bu heç xoş deyil. Mənim artıq çəki almağım və ya onun səbəbi sizi maraqlandırmamalıdır? Niyə kökəldiyim sizə qalıb? Yaşadıqlarımdan zərrə qədər xəbəriniz yoxdur. Bu ixtiyarı sizə kim verib ki, ağlınıza yox, ağzınıza gələn təxəyyülünüzü çap edirsiniz? Bəsdirin insanların həyatı ilə oynadınız. Müğənni də insandır, onun da şəxsisi, ailəsi var. Düşüncəniz olsun, qəlb qırmayın". Marqarita pizza
Telegram kanalımız