“Sevilya” baş məşqçisini istefaya göndərdi 

saytların hazırlanması

Evə çatdırılma

“Sevilya” baş məşqçisini istefaya göndərdi 

İdman

17 Dekabr 2023 10:13 859


"Sevilya" baş məşqçisi Dieqo Alonsonu istefaya göndərib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

48 yaşlı mütəxəssis bu ilin oktyabrından İspaniya klubunu çalışdırırdı. Onun rəhbərliyi altında komanda 14 oyuna çıxıb, 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib və 7 dəfə uduzub.  Sezar pizza

Dekabrın 16-da "Sevilya" La Liqanın 17-ci turunda evdə "Xetafe"yə məğlub olub (0:3). Komanda 13 xalla İspaniya çempionatında 16-cı pillədə qərarlaşıb. 

Bundan əlavə, "Sevilya" Çempionlar Liqasının B qrupunu 2 xalla sonuncu yerdə başa vurub və avrokuboklardan kənarda qalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!