Sevinc Məhərrəmovanı qətlə yetirən əri apellyasiya şikayəti verdi

saytların hazırlanması

Evə çatdırılma

Sevinc Məhərrəmovanı qətlə yetirən əri apellyasiya şikayəti verdi

Kriminal

08 Oktyabr 2022 10:34 1239


Bakıda arvadını qətlə yetirməkdə ittiham olunan Füzuli Qarayev apellyasiya şikayəti verib.

Yenisabah.az xəbər verir ki, Füzuli Qarayev 15 il həbs cəzası ilə razılaşmır. O, şikayət ərizəsində həbs müddətinin azaldılmasını istəyir.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. Toyuqlu pizza

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında qeydə alınıb. Həmin gün Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində ərinin 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanı öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev aralarında yaranan mübahisədən sonra arvadının küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib. Onun evinə gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb. Bundan sonra evə daxil olub və arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!