“Səviyyəsi, tərbiyyəsi olmayan insan...” – Deputat Tolikin verilişinin bağlanmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Səviyyəsi, tərbiyyəsi olmayan insan...” – Deputat Tolikin verilişinin bağlanmasından danışdı

Siyasət

07 Mart 2020 17:57 13854


“Təkcə Tolikin deyil, o tip verilişlərin hamısı bağlanmalıdır”.

"Yeni Sabah" xəbər verir ki, bunu VI Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, küçə mədəniyyətini televiziyaya gətirmək düzgün deyil: “Həmin verilişlərdə ağızlarına gələni danışırlar. Nə ədəbi dil normaları, nə əxlaq, nə də tərbiyə gözlənilir. Verilişə çıxanlar da bir-birilərinə  hörmət etmirlər. Elə bilirlər, dövlət siyasəti bundan ibarətdir. Televiziyaların daxilində bədii şuralar fəaliyyət göstərir, amma bu məsələlərə nəzarət zəifdir. Pul qazanmaq istəyi o qədər güclüdür ki... Etiraf edək ki, insanlarda da maraq var, elə həvəslə baxırlar ki. İşsiz-gücsüz, qeybəti sevən adamlar həmin verilişlərə baxırlar. Bəzən görürsən, səviyyəsi, tərbiyəsi olmayan bir insan millətə öyüd-nəsihət verir. Hesab edirəm ki, belə verilişlər bağlanmalıdır. Mən o verilişlərə baxmıram, iyrənirəm. Marqarita pizza

Bu cür proqramlarla bağlı dəfələrlə Milli Məclisdə və mətbuatda çıxış etmişəm. Biz bu yolla milləti hara aparırıq? Sovet dövründə televiziyada xanım müğənni oxuyarkən yüngül rəqs etsəydi, boynu-boğazı görünsəydi, aləmi qatardılar bir-birinə... Teleməkan ictimai yerdir, nəzarət olunmalıdır”. / Pravda.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!