“Səviyyəsiz, əxlaqsız, ləyaqətsiz toy adamı...” - Məhərrəmlidən ağır sözlər

“Səviyyəsiz, əxlaqsız, ləyaqətsiz toy adamı...” - Məhərrəmlidən ağır sözlər

Sosial Saytların hazırlanması

18 Mart 2023 13:50 15516


Son zamanlar ayrı-ayrı telekanallarda qonaq olan ekspertlərin fikirlərinin kəsilməsinə tez-tez rast gəlmək mümkündür. Aparıcılar, adətən, tənqidi fikirlər səsləndirən qonaqların sözünü ağzında qoyur, onlara fikirlərini tamamlamağa imkan vermirlər. Bəzən isə onların köməyinə reklam çarxları çatır. 

Bu, nə dərəcədə etikdir? Aparıcılar efirə dəvət etdikləri adamların danışmağına niyə imkan vermirlər?  

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar jurnalist Qulu Məhərrəmli efirlərdə səs kəsilməsinin nə mətbuat azadlığına, nə də televiziya rəhbərləyinin qorxaqlığına aid olmadığını bildirib: 

"Bir qayda olaraq bizlər şou-biznes adamlarının dialoqlarında cəmiyyət üçün məqbul sayılmayan ifadələrə rast gəlirik. Ona görə də yaxşı olardı ki, bu cür səviyyəsiz adamları efirə çağırmasınlar. Yox, əgər çağırırlarsa da, onunla oturub danışan zaman etik hüdudlar çərçivəsindən kənar bir söz işlənirsə, həmin səsin kəsilməsin məqsədəuyğun hesab edirəm. Televiziya haqqında qanun, efir mədəniyyətinə əsasən bu cür hallara yol verilməməlidir. Məişət düşüncəli adamların, ailə tərbiyəsi görməyən, etik qaydalardan çox uzaq olan adamların efirə buraxılması böyük bir problemdir. Çünki televiziya ekranı bir vitrindir. Vitrinə adətən, ən yaxşıları qoyurlar. Amma biz durub ora bazar adamların çıxaranda, hansısa əxlaqsız, ləyaqətsiz bir toy adamının davranışların müzakirə edəndə əlbəttə ki, o cür ifadələr kəsilməlidir. Məhz buna görə də səviyyəsiz adamları efirə çıxarmaz düzgün deyil. Efir həmçinin cəmiyyət üçün bir modadır. Ora ən yaxşılar çıxmalıdır."

HƏCƏR ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!