Səxavət Məmmədovun məzarı illər sonra - Video

saytların hazırlanması

Evə çatdırılma

Səxavət Məmmədovun məzarı illər sonra - Video

Mədəniyyət

08 Yanvar 2021 23:45 1715


Azərbaycanın mərhum xənandəsi Səxavət Məmmədovun Ağdamdakı məzarı ziyarət edilib.

Yenisabah.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində vəfat edib. Müharibə vəziyyətinə görə, Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşını kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmayıb.  pizza

Daha sonra isə ifaçının doğulduğu Abdal Gülablı  kəndi işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.

Xatırladaq ki, Səxavət Məmmədov muğam ustası Firuz Səxavətin böyük qardaşıdır.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!