“Şəxsiyyətimin təhqir olunmasına...” - Fəzail Ağamalıdan hüquq-mühafizə orqanlarına MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

“Şəxsiyyətimin təhqir olunmasına...” - Fəzail Ağamalıdan hüquq-mühafizə orqanlarına MÜRACİƏT

Siyasət

06 Fevral 2020 16:58 1633


Xəbər verdiyimiz kimi, bu gün 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı və rəqibi Kamil Musəvi arasında qalmaqal yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, Fəzail Ağamalı baş verən hadisə ilə bağlı Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova, 60 saylı Salyan-Neftçala Seçki dairsinin sədri F.Muradova və KİV-nə müraciət edib.

F.Ağamalı hadisənin Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə keçirdiyi görüş başa çatdırandan sonra baş verdiyini bildirib: "Deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi sərxoş və nəşəli insanlarla birlikdə aqressiv şəkildə üzərimə hücum etdilər. Söyüş və təhqiramiz davranışlarla mənə və tərəfdarlarıma fiziki təzyiq göstərdilər. Minik maşınıma əllərindəki küt alətlərlə zərbələr vurmağa başladılar". pizza sifarişi

Deputatlığa namizəd aidiyyatı orqanlardan məsələyə hüquqi qiymət verilməsini xahiş edib: "Əvvəlcədən təşkil olunan bu təxribat şəxsiyyətimi alçaltmaq və mənə fiziki xəsarət yetirmək məqsədi daşımış və ictimai təhlükəsizlik xarakteri almış, deputatlığa namizəd Kamil Musəvi tərəfindən hüquqlarım kobud şəkildə pozulmuşdur. Pozulmuş hüquqlarıma, məruz qaldığım mənəvi və fiziki hücumlara, şəxsiyyətimin təhqir olunmasına hüquqi qiymət verilməsini sizdən xahiş edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!