Müğənni Kərim Abbasov qalmaqal yaşadığı məşhurlardan danışıb.
“Yeni Sabah” xəbər verir ki, “ShowNews” verilişinə açıqlama verən ifaçı onlara atmaca atmağı da unutmayıb. Kərim son zamanlar onun haqqında yayılan xəbərləri vecinə almadığını deyərək od püskürüb:
“Baxır sənin haqqında kim söz deyir. Şəxsiyyətsiz adamların söz deməsi ümumiyyətlə mənasızdır”. Marqarita pizza
İfaçı bu qalmaqalların onu depressiyaya salmadığını bildirib:
“Nə depressiya? Depressiya kimdir? Depresiyaya mən qalib gələrəm, o mənə yox. Hər şey əladı, dünyaya bir rakursdan baxmaq olmaz. Hər cür rakursdan baxmaq lazımdır. Mənə heç kəs mane olmur. Bəlkə, 10-15 il əvvəl olsa idi, bu söz-söhbətlər mane olardı, indi mane olmur. Məni tanıyan tanıyır, tanımayan da özü kimi tanıyır. Kim necə istəyir yozsun, Araz aşığımdandır, Kür topuğumdan. Bomba kimidir hər şey. Həyatda hər şey olur, normal qəbul etmək lazımdır. Oğlumun 3 yaşı var, heç nəyə görə narahat deyiləm. Bundan sonra 15-ni də qoysunlar üstünə, desinlər. İnanın Allaha. vecimə deyil”.
Xatırladaq ki, Kərim bir müddət əvvəl aparıcı Elçin Əlibəyli və keçmiş həyat yoldaşı olan prodüser Təranə Səmədova ilə qalmaqal yaşamışdı.
Telegram kanalımız