“Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi təhlükəlidir” - Ohanyanın qorxusu

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi təhlükəlidir” - Ohanyanın qorxusu

Rəsmi

04 Avqust 2021 16:17 13241


“İndiki şəraitdə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası həm Ermənistan, həm də Qarabağ üçün təhlükəlidir”. 

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu müxalif "Ermənistan" blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.

Onun sözlərinə görə, bu gün sərhədlərin delimitasiyası və demarkasiyasını aparmaq üçün heç bir şərait yoxdur, çünki bu prosesi sülhü qorumaq üçün şərait yaradıldıqda başlamaq lazımdır. “Bu həm Ermənistana, həm də Qarabağa aiddir. Delimitasiya və demarkasiya Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və Qarabağın özü üçün dərhal təhlükə yaradır. Buna tələsik getmək olmaz". Sezar pizza

Keçmiş müdafiə naziri diplomatik səviyyədə uzun danışıqların hər bir vergül, hər bir torpaq parçası ucbatından aparıldığı beynəlxalq nümunələri də xatırladıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!