Seyran Səxavət Kamal Abdullanın bu addımını alqışladı

saytların hazırlanması

Evə çatdırılma

Seyran Səxavət Kamal Abdullanın bu addımını alqışladı

Maraqlı

16 Mart 2023 16:12 1188


Ötən gün ərzində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın əmri ilə 3-cü kurs tələbəsi Jalə Eyvazova oxuduğu fakültənin dekan müavini təyin olunub. 

Yenisabah.az xəbər verir ki, Jalə Eyvazova Füzuli rayon 59 nömrəli tam orta məktəbi bitirib. 2020-ci ildə Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi (İngilis dili üzrə) ixtisasına qəbul olunub. Yeni Azərbaycan Partiyasının təqaüdçüsüdür.

J.Eyvazova birinci kursdan Azərbaycan Dillər Universitetinin ictimai həyatında xüsusi fəallığı ilə seçilir. “Pasha Holding”in “Agro Dairy” şirkətində HR assistant vəzifəsi üzrə təcrübə keçib. “Funny Bunny” uşaq bağçasında 1 il müəllim kimi çalışıb. İSOPS summer school (LANDAU) layihəsində supervisor-müəllim olaraq fəaliyyət göstərib. O, həmçinin Füzuli Rayon İcra Hakimiyyətində təcrübəçi, eyni zaman isə Böyük Britaniyanın Azərbaycankı Səfirliyinin BREN layihəsinin iştirakçısı olub. Jalə Eyvazova həmçinin təhsil aldığı fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri olub.  Toyuqlu pizza

Gənc tələbəmizin bu yüksək nailiyyəti ilə əlaqədar Yenisabah.az-a danışan tanınmış yazıçı Seyran Səxavət bu addımı olduqca müsbət qiymətləndirib:

“Mən ilk növbədə bu gəncimizi təbrik edirəm. 3-cü kursda dekan müavini təyin olunmaq hər adama nəsib olmur. ADU-nun rektoru, xalq yazıçısı Kamal Abdullaya isə eşq olsun! Diplom almaq şərt deyil. Düzdür o da vacib bir rol oynayır. Amma diplom sadəcə bir şərtdir. Kamal müəllim Jalə xanımın işgüzarlığına bələd olduğundan onun bu işdə uğur əldə edəcəyinə, yardımın əsirgəmiyəcəyinə əmin olub ki, bu addımı atıb. Yaxşı da edib. Amma bu addım ona yol vermir ki, hər diplom almamış gənci durub vəzifəyə təyin etsinlər. Lakin diplom alanları da görmüşük... Mən bu addımın atıldığını Azərbaycanda ilk dəfədi görürəm və alqışlayıram!”

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!