Seyran Səxavət, Mir Şahin... “Onların təsiri olub-olmadığını demək çətindir”

saytların hazırlanması

Evə çatdırılma

Seyran Səxavət, Mir Şahin... “Onların təsiri olub-olmadığını demək çətindir”

Mədəniyyət

05 Avqust 2025 16:48 4098


"Yeni Sabah" Xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir:

- Prezident Dil Komissiyasının tərkibinin yenilənməsi ilə bağlı Fərman imzalayıb. Komissiyanın hazırki üzvləri arasında 5 nəfər artıq dünyasını dəyişib. Həm də onların bir çoxu dilmi, filoloq idi. Onların yerinə kimlərin gəlməsini məsləhət bilirsiniz?

- Həmin siyahıda mənim də adım var. Hesab edirəm ki, Komissiyanın tərkibinə yaxşı yazıların müəllifi olan Seyran Səxavət, jurnalist Mir Şahin Ağayev, Anar Niftəliyev və Güney Azərbaycanla əlaqəsi olan Həmid Herisçi daxil edilə bilər. Bu adların cəmiyyətə və dil mühitinə təsiri ola biləcəyini düşünürəm. Toyuqlu pizza

- Əvvəllər dövlət tərcümə və monitorinq mərkəzlərinə aid bir çox səlahiyyətlər artıq fərmanla Mədəniyyət Nazirliyinə həvalə olunub. Sizcə, nazirlik bunun öhdəsindən gələ biləcək?

- Həmin mərkəzlər müəyyən qədər ciddi işlər gördü, bəzi kitablar nəşr olundu. Onların təsiri olub-olmadığını demək çətindir. Düşünürəm ki, Dövlət Dİl Komissiya fəaliyyətini birbaşa Prezidentin rəhbərliyi ilə daha effektiv şəkildə davam etdirəcək. Artıq tərcümə, dil məsələləri, kitab nəşri kimi sahələr isə Mədəniyyət Nazirliyinin nəzarətindədir. Əhatə dairələri genişlənib, strukturların necə qurulacağını dəqiq bilmirəm, amma ümidliyəm.

- Coğrafi adların yazılışında son illərdə dəyişikliklər müşahidə olunur. Məsələn, əvvəl “Həbəşistan” deyilən ərazi indi “Efiopiya” kimi təqdim edilir. Bu cür dəyişikliklərə ehtiyac varmı?

- Məncə, yer adları ilə bağlı vahid bir konsepsiya saxlamaq mümkün deyil. Bəzi nəşriyyatlar hələ də ərazi adlarını ingilis dilində necədirsə, o formada saxlayır. Ancaq bu, birmənalı qarşılanmamalıdır.

- Bəs bu halda Çin dilindəki adlar necə olsun? Onları da olduğu kimi saxlamalıyıq?

- Xeyr. Çin heroqliflərini kim oxuya bilər? Bir-iki nəfərdən başqa heç kim heç nə başa düşməyəcək. Mən hesab edirəm ki, kitabın içərisində orijinal ad verilməli, amma üst başlıqlarda və əsas mətnlərdə həmin ad dilimizə uyğunlaşdırılmalıdır. Əks halda ciddi qarışıqlıq yaranır. Yer adları dilimizdə necə səslənirsə, elə də yazılmalıdır.

- Bu məsələ ilə bağlı hansısa tədbirlər, müzakirələr aparılırmı?

- Bəli, bu mövzu ətrafında çoxlu müzakirələr gedir. Təəssüf ki, bəzən dili kifayət qədər bilməyən adamlar bu işlərə müdaxilə edir və nəticədə konkret nəticəyə gəlmək mümkün olmur.

- Dillə bağlı sizi ən çox narahat edən məsələlər nədir?

- Ən ciddi məsələlərdən biri “-ov”, “-yev” sonluqlu soyadların istifadəsidir. Bu, dil və kimlik məsələsidir. Əgər 30 il əvvəl bu sahədə ciddi işlərə başlanılsaydı, indi bu problemi yaşamazdıq. Hazırda bəzi rəsmi dairələr də soyadların dəyişdirilməsi prosesinə icazə vermir. Bu da narahatedici haldır.

- İndiyə qədər görülən işləri necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, Komissiyanın tərkibində tematik işçi qruplar yaradılmalı və onlar daimi fəaliyyət göstərməlidir. Ümumilikdə isə, açıq deyim, indiyə qədər görülən işlərdən razı deyiləm.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!