Seysulanda  son durum: Qarabağda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Seysulanda  son durum: Qarabağda nə baş verir?

Rəsmi

16 Aprel 2022 18:01 5030


Aprelin 15-də Qarabağda rusiyalı sülhməramlıların komandanlığı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağın şimalında təmas xəttini pozub.

Belə ki, Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, pozuntu Mardakert rayonunun Yarımca yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Dağlıq Qarabağ nümayəndələrilə birlikdə insidentin yoluna qoyulması üçün tədbirlər görür”, - məlumatda deyilir.  Lakin göstərilən yerdə bu adda yaşayış məntəqəsi yoxdur. Marqarita pizza

Daha sonra erməni tərəfi bildirib ki, “pozuntu Seysulan kəndi ərazisində baş verib”.

Ermənistan KİV-in məlumatına görə, sülhməramlılarla Azərbaycan tərəfi arasında danışıqlardan sonra Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əvvəlki mövqelərinə qayıdıb. Lakin Rusiya tərəfi bu barədə məlumat verməyib.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi hər hansı insident barədə xəbər yaymayıb və bu məlumatları şərh etməyib.

Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!